İran parlamentinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib

07

 

İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.APA-nın məlumatına görə, İran parlamentinin nümayəndə heyətinə millət vəkili Cavad Cahangirzadə rəhbərlik edir. Qonaqlar Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşərək, İran İslam Şurası Məclisinin spikeri Əli Laricaninin azərbaycanlı həmkarına dostluq mesajını çatdıracaq.İran parlamenti nümayəndələrinin Azərbaycan Milli Məclisində iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri və Yeni Azərbaycan Partiyasının sədr müavini ilə də görüşü nəzərdə tutulub. Qonaqlar eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüş keçirəcək, Bakı şəhərinin tarixi və mədəni abidələri ilə də tanış olacaq.Görüşlər zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılacaq. Tərəflər həmçinin iki ölkənin parlamentlərarası dostluq qrupları arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarının axtarılması üçün səy göstərəcək.İran nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 25-də sona çatacaq. Onlar Azərbaycandan Gürcüstana gedəcək.