İran Yuxarı Gövhar Ağa məscidini bərpa edir – Şuşada

İran şirkəti Şuşada yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir.
İntensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir.
Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti “PartSaman Jahan” və iranlı mütəxəssislər yerinə yetirirlər.
Yuxarı Gövhar Ağa şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir. Xatırladaq 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir.
Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
İşğal altındakı məsciddə tikinti-bərpa işlərini aparmaq üçün Ermənistan tərəfi rəsmi Bakının icazəsini almayıb.
XALQ.AZ

Yeganə