İranda Azərbaycanlı fəal həbs olundu

 

78

 

Xalq.az-ın məlumatına görə  milli kimliyi uğrunda mübarizə aparan Azərbaycanlı fəal İsrafil Sultanı həbs edilib. Ayaqlarından əlil olan fəal ETTELAAT-ın Savə şöbəsinin əməkdaşları tərəfindən iş yerindən naməlum istiqamətə aparılıb. Fəalın iş yerində və mənzilində yoxlama aparılıb, ona məxsus Azərbaycandilli kitablar və bir sıra şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın hansı səbəbdən həbs olunduğu və  harada saxlandığı bilinmir. İsrafil Sultani həmkarları isə hüquq müdafiəçilərinə açıqlamalarında fəalın ermənilərin işğal etdiyi Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda yazılı vərəqələr yaydığına görə tutulduğunu bildiriblər.