İranda edam olub

İranda daha bir siyasi məhbus edam edilib.

65

APA-nın məlumatına görə, onun İran bəluclarının hüquqları uğrunda silahlı mübarizə aparan və rəhbəri Əbdülmalik Rigi tutularaq dara çəkilən “Condollah” təşkilatının üzvü olduğu və həmin təşkilatla əməkdaşlıq etdiyi bildirilir.

 

Məhbus oktyabrın 27-də səhər saatlarında İranın Loristan vilayətinin Xürrəmabad şəhərinin Parsilon həbsxanasında edam edilib. Onun ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dara çəkilib.

 

Qeyd edək ki, İranın Sistan və Bəlucistan vilayətində, Pakistanla sərhəddə, Saravan sərhəd-keçid məntəqəsində baş vermiş silahlı qarşıdurma nəticəsində 14 İran sərhədçisi ölüb, 6 nəfər isə yaralanıb. “Ceyşül-Adl” adlı qrupun hücumu öz üzərinə götürdüyü ifadə edilir, ancaq indiyədək hər hansı bir səlahiyyətli bunu təsdiqləməyib. Rəsmi Tehran isə bu addıma cavab olaraq oktyabrın 26-da səhər saatlarında 16 siyasi məhbusu Zahidan şəhərinin mərkəzi həbsxanasında edam edib. Onların da əksəriyyətinin “Condollah” təşkilatının üzvü olduğu bildirilir.