İranda güclü zəlzələ

XALQ,AZ xəbər verir ki, İranda 5,3 bal gücündə zəlzələ olub.

Məlumata görə, yeraltı təkanlar Kermanşah vilayətində, Sarpol-e-Zahabda qeydə alınıb.

Vilayətin səhiyyə xidmətinin nümayəndəsi Maziar Təhmasibi bildirib ki, zəlzələ zamanı 23 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, 5,3 bal gücə malik zəlzələ İran-İraq sərhədində qeydə alınıb. Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

 

 

Elgün