İranda son sutka ərzində 43 nəfər koronavirusdan ölüb

İranda bu günədək 7161 nəfər koronavirusa yoluxub, 237 nəfər dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəl 6566 yoluxma və 194 ölüm faktı barədə xəbər verilirdi. Qeyd edilir ki, son 24 saat ərzində 43 nəfər dünyasını dəyişib.

“Bu günədək ölkədə 7161 koronavirusa yoluxma faktı qeydə alınıb”, – “IRNA” agentliyi İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpurun sözlərini sitat gətirir.