İranda zəlzələ baş verib

 

313

İranın Buşəhr vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin mərkəzi Buşəhr şəhərinə təsadüf edib. 4.2 bal gücündə olan zəlzələ oktyabrın 22-də Bakı vaxtı ilə günorta saat 15:09-da (Tehran vaxtı ilə 14:39-da) yerin 18 km dərinliyində meydana gəlib. Təbii fəlakət Buşəhrdən 20 km, Delvardan 37 km, Əhramdan 56 km və Tehrandan 765 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.