İrandan Azərbaycana gələn turistlərin sayı azalıb

“Turistlərin sayı ötən ildən azalmağa başlayıb”.

Dövlət Turizm Agentliyi İrandan Azərbaycana gələn turistlərin sayının azalmasına münasibət bildirib.

Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib ki, turistlərin sayı ötən ildən azalmağa başlayıb.

“2018-ci ildə də bu ölkədən Azərbaycana gələn turistlərin sayı 33 faiz az olub. Bu azalmaya səbəb İranda tətbiq edilən yeni vergilərdir. İndiyədək İran Rusiya və Gürcüstandan sonra Azərbaycana ən çox turist göndərən 3-cü ölkə idi. Ümumilikdə ötən il İrandan dünya ölkələrinə gedən turistlərin sayı 50 faiz azalıb. Amma bu il Novruz bayramında biz İrandan Azərbaycana az turistin gələcəyini gözləyirdik”.

 

Orxan