İranın sabiq nazirinin qızı tutuldu

İranın sabiq sənaye, mədənlər və ticarət naziri Məhəmməd Rza Nemətzadənin qızı Şəbnəm Nemətzadə həbs olunub.


O, qanunsuz mal toplamaq və dərman məhsullarının inhisarçılığı ilə məşğul olmaqda ittiham olunur.


Ş.Nemətzadənin dərman istehsal edən bir şirkətlə əlbir olaraq inhisarçlıqla məşğul olduğu üçün həmin şirkətin bir neçə əməkdaşı ilə birlikdə yaxın zamanlarda mühakimə olunacağı bildirilir.