Işəgötürənlərin nəzərinə!

I-1

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edib.

ƏƏSMN-dən verilən məlumata görə, əmək müqaviləsi bildirişinin EİS-də qeydiyyatdan keçirilməsinə metodiki kömək göstərən “Yardımçı masaları”nın ünvanları və əlaqə telefonları açıqlanıb.

Qeyd edək ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) bütün regional müfəttişliklərində “Yardımçı masaları” yaradılıb. Əmək müqaviləsi bildirişi üzrə məlumatların EİS-ə daxil edilməsi prosesi başa çatana qədər fəaliyyət göstərəcək “Yardımçı masaları”na bütün iş günləri ərzində müraciət etmək olar. Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstəriləcək.

“Yardımçı masaları”nın ünvan və əlaqə nömrələrini təqdim edirik:

I-2

I-3