İş adamı futbol klubuna sponsorluq edəcək

5

 

Azərbaycanlı iş adamı, məşhur müğənni Ebru Gündeşin əri Rza Zərrab “Trabzonspor” klubuna sponsorluq edəcək.

“Qafqazinfo” xəbər verir ki, Zərrab klubla sponsorluq məsələsinə görə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Zərrabın sahib olduğu “Royal Dənizçilik” şirkəti “Trabzonspor”a 3 milyon lirə ödəyəcək. Bu məbləğ klubun ölkədə və Avropada göstərdiyi uğurlu çıxışdan asılı olaraq artacaq.