İşdən çıxan nazir müavininə yeni vəzifə verildi

İqtisadiyyat nazirinin yeni müşaviri təyin olunub.

XALQ.AZ Apa-ya istinadla xəbər verir ki, Şirzad Abdullayev İqtisadiyyat nazirinin müşaviri təyin edilib.

Qeyd edək ki, Ş.Abdullayev İqtisadiyyat nazirinin müavini olub, bir neçə gün əvvəl bu vəzifədən azad edilib.