İşdən çıxarılanlar arasında Ramil Usubovun qudası da var

Baş prokuror Kamran Əliyevin əmri ilə Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Təqaüdə göndərilənlər Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov və Yevlax rayon prokuroru Elxan Pənahovdur.

XALQ.AZ xəbər verir ki, işdən çıxarılan prokurorların qohumluq əlaqələrini araşdırılıb.

Belə ki, uzun illərdir Xətai rayon prokuroru vəzifəsini daşıyan Yusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır. O, eyni zamanda bir müddət əvvəl bağlanan “AmrahBank”ın rəhbəri Yunis İldırımzadənin qardaşıdır. 

Maraq üçün bildirək ki,  Yusif İldırımzadə 2007-ci ildən Xətainin prokuroru idi.