“İşğalçı dövlətinin cəhdlərinin heç bir əhəmiyyət yoxdur” – Jalə Əliyeva

“Bir az öncə Əsra qızımızın çox kövrək çıxışını dinlədik. Gənc şuşalı qızın çıxışında səsləndirdikləri, Şuşanın Azərbaycana məxsusluğu bu gün Azərbaycan dövləti və ölkə Prezidenti tərəfindən qətiyyətlə, cəsarətlə dünyaya çatdırılır, duyurulur”.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Deputatın sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi, işğalçı dövlətinin cəhdlərinin heç bir əhəmiyyət yoxdur, Qarabağ Azərbaycanın olub və Azərbaycanındır.

Sonra millət vəkili mərhum dövlət başçısı Heydər Əliyevin qarşıdan 97-ci ildönümünün gəldiyini bildirərək, eks-prezidenti siyasətin dahisi adlandırıb. Bildirib ki, müstəqil Azərbaycan H. Əliyevin əsəridir və hamımız ona borcluyuq.

XALQ.AZ