İşğaldan azad olunan kəndin -Fotoları

sekil

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri də işğaldan azad edilib. Sosial şəbəkələrdə azad edilmiş Düdükçü kəndindən fotoşəkillər yayılıb. Fotolarda kəndin əsrarəngiz təbiəti əks olunub.

İlk növbədə qeyd edək ki, Düdükçü kəndinin adı bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə adlanır. Keçmiş adı Kolatağ olub.

Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Sözügedən kənddə Nadir şah Əfşar dönəmində (1743-cü il) tikilmiş kilsə və Qarabağ xanlığı dönəminə aid məzarlığın yerləşdiyi bildirilir.

XALQ.AZ həmin fotonu təqdim edir:

d%C3%BCd%C3%BCkc%C3%BC kendi
dudkcu
121479923 3482612395111186 6489751281324535425 n1

XALQ.AZ