“İslahatçı Gənclər” Cəlilabad və Masallıda gənclərlə görüşdü- FOTOLAR

08

 

Fəal gənclər seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

“İslahatçı Gənclər” İctimai Birliyi Cəlilabad və Masallı rayonlarında “Gənclərin seçkilərdə rolu və seçimi” mövzusunda gənclərlə görüşlər keçirib. Keçirilən görüşlərdə giriş niqti ilə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı seçkilərin Azərbaycanın taleyində mühüm rol oynadığını və ölkəmizin gələcəyini müəyyən edəcək vacib siyasi hadisə olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanda səsvermə hüququ olan vətəndaşların böyük bir hissəsini gənclər təşkil edir və təkcə bu il altı yüz mindən artıq gənc ilk dəfə səs verəcək. Gənclərin seçkilərdə aktiv iştirakının olduqca zəruri olduğunu qeyd edən Şahbazlı, gənc nəslin nümayəndələrinin səs verərkən olduqca diqqətli və doğru seçim etməsinin vacib olduğunu dilə gətirib. Birlik sədri Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edərək, bütün gənclərin Fərid Şahbazlı “İslahatçı Gənclər” İctimai Birliyinin iyun ayında keçirilən hesabat konfransında birlik üzvlərinin seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyi haqqında qərarını xatırladaraq, gənclərin bu mövqeyini seçkilər günü səs verərək rəsmiləşdirəcəyini bildirdi.

Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin Baş katibi Hacıbəy Heydərli seçkilər öncəsi siyasi mübarizənin əsas platformalarından sayılan sosial şəbəkələrdəki mənzərəylə bağlı təqdimat keçirib. H.Heydərli birliyin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində yaradılan “Gənclərin Lideri – İlham Əliyev” səhifəsindən danışaraq, gənclərin səhifəyə olan böyük marağından söz açıb. Baş katib ümumiyyətlə sosial şəbəkələrdə Prezident İlham Əliyevin bütün meyarlar üzrə rəqiblərini böyük fərqlə üstələdiyini və vətəndaşların virtual dünyada da ölkə başçısını aktiv şəkildə dəstəklədiyini qeyd edib.

Birliyin idarə heyətinin üzvü Cavid Süleymanlı Azərbaycanda gəncliyin inkişafı və özünü realizə edə bilməsi üçün yaradılan imkanlardan söz açaraq “Ölkə gəncliyinin seçkilərdə birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini diqqətə çatdırıb.
Cəlilabad və Masallıdakı görüşlərdə çıxış edən bütün gənclər seçkilərdə aktiv iştirak edəcəklərini, ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanların yaradıldığını və gənclərin böyük dostu olan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

08 09 10 11 12