“İslahatların əsas qolu qanunvericilikdir” – Deputat

RAMİLL

İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Konfransda bildirilib ki, VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilib, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilib, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq edir.

Bundan başqa qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Həmçinin qeyd olunub ki, bu günə qədər bir neçə dəfə PA şöbə müdirinin iştirakı ilə siyasi partiyalarla görüş və danışıqlar aparılıb.

XALQ.AZ xəbər verir ki, bununla bağlı danışan deputat Ramil Həsən bildirib ki, İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib: “Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin Sədri Sahibə Qafarova iştirak etdi. Azərbaycanda aparılan islahatlar çərçivəsində parlamentdə çoxpartiyalı sistemin daha da möhkələndirilməsi, qurulmuş sistemin daha da gücləndirilməsi, siyasi partiyalar arasında sağlam dialoqun formalaşdırılması ilə bağlı atılan addımlar bilavasitə ölkə başçısı İlham Əliyevin şəxsi təşəbüsü və iradəsi əsasında mümkün olub. Məhz bu istiqamətdə atılan addımların müsbət nəticəsidir ki, qanunvericilik orqanları ilə siyasi partiyalar arasında işi inteqrasiya edən şöbə yardıldı. Hörmətli Ədalət Vəliyevin təşəbüsü ilə bu günə kimi bir neçə dəfə Azərbaycanın inkişafı istiqamətdə daim fəaliyyət göstərən və müxalifətdə olan partiya rəhbərləri ilə görüşlər keçirib. Görüşlərin hər biri qeyri-şərtsiz keçirilib. Təəssüf ki, 5-ci kalonun nümayəndələri, Azərbaycan dövlətinə, xalqına müxalifət olan, havadarlarının tapşırığı ilə hərəkət edən şəxslər digər proseslərdə olduğu kimi dövlətin dialoq çağırışına neqativ cavab verərək müxtəlif şərtlər irəli sürərək danışıqlardan boyun qaçırıblar.

İyulun 7-də baş tutan müxalifət partiyalarının parlamentdə təmsil olunan nümayəndələri ilə görüş də bu dialoqun pandemiya dövründə mövcud çətinliklərə baxmayaraq yeni mərhələsinə qədəm qoyduğunu bir daha sübut etdi. Bu gün parlamentdə cənab prezidentin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının nümayəndələrinin çoxluq təşkil etməsi ilə yanaşı digər müxalifət partiyaları da təmsil olunurlar. Hörmətli sədrimiz Sahibə Qafarovanın da qeyd etdiyi kimi, Milli Məclisin rəhbər orqanlarının tam dəyişməsi, ilk dəfə müxalifət nümayəndələrinin sədr müavini vəzifəsinə seçilməsi, eyni zamanda komitələrə sədrlik etməsi də Azərbaycanda yeni sistemə yol açmaqla yanaşı eyni zamanda parlamentin işinə çox müsbət təsirləri oacaq. Ədalət müəllimin də qeyd etdiyi kimi ilk dəfədir ki, Prezidentin Administrasiyasında belə bir struktur, bölmə yaradılıb. Bu bölmənin yaradılmasında əsas məqsəd sağlam əməkdaşlığın qurulması, parlamentdə daha nizamlı əlaqələrin yaradılmasına dəstək verilməsidir. Azərbaycanın müvafiq qanunlarına və konistustsiyasına baxdığımız zaman dövlətimiz əsasən prezident üsulu ilə idarə olunur. Amma parlamentin Azərbaycanın müvafiq qanunlarına təyin olunan hüquq və səlahiyyətləri mövcuddur. Bu baxımdan düşünürəm ki, Prezidentin Administrasiyasında bu bölmənin yaradılması aparılan islahatların ən mühüm tərkib hissəsidir. Bilirsiniz ki, islahatalar təkcə iqtisadiyyatda, mədəniyyətdə, turizmdə getmir. İslahatların əsas qolu qanunvericilikdir. Qanunvericilik bazasının təkminləşdirilməsi, modernləşdirilməsi üçün Milli Məclisdə islahatların aparılması vacib idi. Hörmətli Ədalət Vəliyevin başçılığı ilə Prezidentin Administrasiyasında yaradılan bu şöbə müxalifət partiyaları ilə dialoqun uğurlu qurulmasında körpü rolunu oynayacaq. Bu da əlbəttə hər birimizi sevindirir. İnanırıq ki, müxalifət partiyaları ilə baş tutan dialoq görüşü də Azərbaycanda yeni siyasi mədəniyyətin yaranmasına və sağlam əməkdaşlığın güclənməsinə kömək edəcək”.