“İslahatların hazırkı mərəhələsində gəncləşmə siyasəti ən öndə durur” – Deputat

behrr

Azərbaycanın ən müasir, ən vətənpərvər gəncliyi məhz İlham Əliyev hakimiyyəti dövründə yetişir.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmov qeyd edib ki, buna səbəb ölkə rəhbərinin uzun müddət hakim partiyanın gənclər siyasətinə rəhbərlik etməsidir:

“Ölkə başçısı gənclər sektorunu kifayət qədər yaxşı bilir. Məhz bu təcrübədən doğan müasir Azərbaycan gəncliyinin təşkilatlanmasında hazırkı hakim partiyanın əhəmiyyətli rolu var. Eyni zamanda, ayrı-ayrı təhsil müəssiələrində bu təşkilatlanmanın realizə olunmasında hakim partiyanın böyük rolu olub. Düzdür, mən bitərəfəm və həmin partiyanın üzvü deyiləm, amma bu həqiqəti deməliyəm”.

Deputatın sözlərin görə, İlham Əliyev Prezident seçiləndən sonra birmənalı olaraq gənclər sektoru həmişə diqqət mərkəzində olub:

“Ortada real nəticələr olub. Gənclərin iş məsələsindən tutumuş, xaricdə təhsil proqramlarının realizə olunmasına qədər dövlət proqramında gənclik istiqamətinə verilən töhfələrin real nəticələridir. Gənclər gələcəyə xüsusilə yanaşır, daha fərqli düşüncədədirlər, tələbkar olurlar. Bu təbəqənin təbliğat-təşviqatını qurmaq üçün ciddi nəticələr lazımdır. Cənab Prezident bu nəticələri əvvəldən ortaya qoya bilib.

1990-cı illərdən fərqli olaraq, indi daha nizamlı-intizamlı ordumuz var. Təbii ki, o illərdə də bizim şüacətli qəhrəmanlarımız olub, savaşda canlarını qoyublar. Amma o dövrdə ordu indiki səviyyədə deyildi, bəzən “oblava” olurdu, insanları küçədən tutub zorla müharibəyə aparırdılar. Amma bu gün Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əlavə adamlardan imtina edir, çünki ordu lazımi səviyyədə komplektləşdirilib. Bunun nəticəsidir ki, bizdə tam yox, qismən səfərbərlik elan edilib. Bu qismən səfərbərliyin özü də tam realizə olunmur. Ehtiyatda olan hərbçiləri ehtiyac yarandıqca, çağırırlar. Bütün bunlar ölkədə gənclər siyasətinin düzgün qurulduğunun, hərbi vətənpərvərlik məsələlərinə xüsusi diqqət yetirildiyinin göstəricisidir. Cənab Prezident həmişə çox mühüm məqamı nəzarətdə saxlayır. Dövlət başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyində gənclərə aşkar surətdə bildirdi ki, “Azərbaycanı Azərbaycandan daha çox sevən heç kim yoxdur. Xarici qüvvələrin yanaşmalarının hamısı ölkəmizdə vəziyyəti mənfiyə doğru dəyişməyə yönələn müxtəlif adlar altındakı hərəkatlardır”. Azərbaycan gəncliyi üçün bu çıxış yol xəritəsidir. Azərbaycan Prezientinin özünün də dediyi kimi,  islahatların hazırkı mərəhələsində gəncləşmə siyasəti ən öndə durur. Bu isə gənclərin dövlət başçısının arxasında dayanması, onu dəstəkləməsi üçün vacib meyarlardır”.