İsmayıllı meşələrinə divan

 

71

Son günlər havaların soyuq olması İsmayıllıda meşələrin kütləvi şəkildə doğranması ilə nəticələnib . Mənbənin dediyinə görə vəziyyət belə davam edərsə İsmayıllı rayonun ərasisində olan meşə səhralığa dönəcək. Etiraf etmək lazımdır ki, İsmayıllı rayonu öz təbiəti ilə seçilir. Bunlardan əlavə qonaqpərvərlikləri hər zaman insanları valeh edir. Rayon sakinlərin dediyinə görə İsmayıllı meşələrində müxtəlif heyvanlar görmək olardı. Hətda quşlar rayonun demək olar ki, əsl sərvətidi. Təssüflər olsun ki, İsmayıllı Meşə Mühafizə və Bərpası Müəssisəsini rəhbərinin göstərişi ilə meşəyə divan tutulması əslində bznes xarakteri daşıyır. Daxil olan məlumatlara inansaq meşənin talan olunması ilə müəssisənin bütün əməkdaşlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi şikayət olunsada hələ də heç bir tədbir görülməməsi bildirilir. Əldə etdiyimiz son məlumatlara görə meşələrin sürətlə qırılaraq “parket” sexlərinə verilməsi və döğranmış ağacların yanacaq kimi istifadəsi eləcə də istirahət mərkəzlərinin salınmasna gətirib çıxarır.
Məsələ ilə bağlı əməkdaşlarımız rayona ezam edilmişlər. Oxucuların nəzərinə çatdırırıq ki, bu ağac soyqrımının kimlər tərəfindən törədilməsi, əməkdaşlarımızın İsmayıllı rayon meşələri ilə bağlı topladığı məlumatlardan,  araşdırmalardan sonra dərc ediləcək yazıda tanış ola biləcəklər. Araşdırmalar davam edir. Bizi izləyin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

585960