İsmayıllıda şəhid ailələri və qazilər ziyarət olundu-Fotolar

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda Vətən müharibəsi qazilərini və şəhid ailələrini növbəti dəfə evlərində ziyarət edib. 

Belə tədbirlər pandemiya qaydalarına uyğun olaraq həyata keçirilir. Fevralın 17-də millət vəkili və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı şəhərində Ruşan, Balik və Kürdmaşı kəndlərində Vətən müharibəsi iştirakçıları ilə görüşüblər. 

XALQ.AZ xəbər verir ki, görüşdə qazilərimiz döyüşlərdəki təsüratlarını bölüşüb, zabit və əsgərlərimizin şücaətindən söhbət açıblar.

Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan zəfərdən fəxrarət hissi keçirdiklərini bildiriblər.

Millət Vəkili səmimi keçən görüşlərdə qeyd edib ki, 30 il ərzində işğalaltında olan torpaqlarımız Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə azad edildi.
Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü.

Hər bir ölkə vətəndaşı Azərbaycanın qəhrəmanları ilə qürur duyur. Məlumat üçün bildiririk ki, görüş qazi ailələri ilə yanaşı şəhid ailəsində də təşkil olunub. 

Belə ki, 2020-ci il iyul ayının 12-də  Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş təxribatın qarşısını alan zaman Tovuz rayonu istiqamətində şəhidlik zirvəsinə ucalan Balik kənd sakini Xəyyam Daşdəmirovun ailəsi də ziyarət olunub. Qeyd edək ki, fevral ayının 22-də şəhid Xəyyam Daşdəmirovun doğum günüdür. Rayon rəhbəri və Millət vəkili şəhidin ailəsinə başsağlığı verərək allahdan rəhmət və ailəsinə səbr diləyiblər. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov 2020-ci iliyul ayının 13-də doğulduğu Balik kəndində dəfn olunub.