İsmayıllıların seçimi İlham Əliyevdir

XALQ.AZ xəbər verir ki, 11 aprel pezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun İvanovka kəndində keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Həsən Həsənov, Valeh Salehov çıxış edərək qeyd ediblər ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən müddətdə iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb. Genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşdırılıb, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.

Görüşdə çıxış edən İvanovka kənd sakinləri Oleq Radayev, Nadejda Jabina və başqaları qeyd etdilər ki, seçimimiz bəllidir, onu qorumaq, təsdiqləmək üçün seçki məntəqələrinə gəlib səsvermə hüququndan istifadə edərək Azərbaycanı işıqlı gələcəyə aparan Heydər Əliyev siyasətinin uğurlu davamına səs vermək lazımdır. “İlhamla irəli” deyək ki, növbəti 7 ilin uğurlarından fərəh hissi ilə danışaq.

 

Elgün