İsmayıllının icra başçısı şəhidimizdən danışdı – FOTO

36b65a41 f167 48a2 b169 ee8c7f3090ff

“Səhər saatlarında şəhidimiz torpağa tapşırıldı. Allah ailəsinə və yaxınlarına səbr versin”.

XALQ.AZ xəbər verir ki, bunu İsmayıl Rayonu İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib. 

O bildirib ki, şəhid Xəyyam Daşdəmirov ailəsinin, hərbi hissə komandiri və İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn olunub:

“Ağır dərddir. Ailəsinə səbr diləyirik. Səhər saatlarında şəhidimizlə vida mərasimi keçirildi. Daha sonra şəhidimiz rayonun Balik kəndində torpağa tapşırılıb”.

Xatırladaq ki, iyulun 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun dörd hərbçisi – çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olublar.