İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı

Mayın 19-da Madriddə İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis konfransı keçirilib.

İspaniyaya səfəri çərçivəsində Diasporla İş Üzrə Dövlət Komtəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov təsis konfransında iştirak ediblər.

İspaniyada yaşayan soydaşlarımız diaspor fəaliyyətinin mütəşəkkilliyini artırmaq üçün Koordinasiya Şurasının yaradılmasını məqbul sayıblar. Səsvermə yolu ilə İspaniya Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib.

Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov, Seviliya şəhərində yaşayan soydaşımız Yaqut Novruzova və Portuqaliyada yaşayan gənc fəalımız Orxan Abbasov Şuranın əlaqələndiriciləri seçiliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.