İsrail Suriyanı vurdu

 

04

“Hizbullah” silahlarının saxlandığı ehtimal edilən bazaya hücum barədə CNN telekanalı ABŞ admnistrasiyasının xüsusi nümayəndəsinə istinadən məlumat yayıb

 

İsrailin hərbi təyyarələrinin Suriyanın Latakiya şəhərinin yaxınlığında olan hərbi bazaya 31 oktyabrda hücum etməsi xəbəri təsdiqləndi. ANS PRESS-in məlumatına görə, bu barədə CNN telekanalı ABŞ admnistrasiyasının xüsusi nümayəndəsinə istinadən bildirib.
Məlumata görə, İsrailə aid qırıcılar “Hizbullah”ın nəzarətində olan silahları saxlamaqda şübhəli bildikləri bazanı vurublar.

Daha öncə isə səhər tezdən Suriyanın sahildə yerləşən Latakiya şəhərində hərbi bazada güclü partlayış olduğu bildirilmişdi. Yerli mətbuat bazaya İsrail aviasiyasının hücum etməsi barədə məlumat yaymışdı. Ehtimal edirdilər ki, hücumda məqsəd Rusiya istehsalı olan raket qurğularının sıradan çıxarılması olub.