İstanbul Valisi azərbaycanlı gəncləri qəbul edib

 

64

İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində rəsmi səfərdədir

 

Birliyin sədri Fərid Şahbazlının rəhbərlik etdiyi, baş katib Hacıbəy Heydərli, Türkiyə təmsilçisi Zemfira Əliyeva və İstanbul Türk Ocağı Gənclik Qolları kordinatoru Almıla Maraşın daxil olduğu nümayəndə heyəti İstanbulda mühüm görüşlər keçirib.
“İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyətini İstanbul Valisi Hüseyin Avni Mutlu qəbul edib. Valilikdə baş tutan rəsmi qəbulda Hüseyin Avni Mutlu Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu və bu münasibətlərin inkişafında iki ölkənin gənclərinin də mühüm rol oynadığını qeyd edib.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və bu gün də ən yüksək səviyyədə davam etdiyini bildirib. O, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altından aparılan olduqca uğurlu dövlət gənclər siyasətindən söz açaraq, iki ölkə gəncliyinin Türk Dünyasını maraqlandıran mövzular ətrafında birgə fəaliyyət göstərməsini vacib sayıb. İB sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin prinspial mövqeyindən söz açaraq, Azərbaycanın da daima Türkiyənin narahat edən mövzulara böyük həssaslıq və diqqətlə yanaşdığını bildirib.
İstanbul Valisi Hüseyin Avni Mutlu İstanbulun inkişafı və modernləşməsindəki xidmətlərinə görə, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Türk Dünyasına Xidmət” Mükafatı ilə təltif olunub.
“İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyəti daha sonra “Akşam”, “Günəş” qəzetləri, “SkyTürk360” televiziyası, bir neçə radio və dərginin daxil olduğu “TürkMedya” Qrupunda olub. “TürkMedya” Media Qrup Başqanı Cengiz Özdəmirlə görüşən gənclər Azərbaycan Türkiyə münasibətlərində medianın rolu və qardaş ölkənin mətbuatında Azərbaycan gənclərinin təmsilçiliyi mövzusunda söhbət ediblər. “TürkMedya” Media Qrup Başqanı Cengiz Özdəmir Birlik tərəfindən uğurlu qəzetçilik fəaliyyətinə, Azərbaycanla bağlı gerçəklərin obyektiv təqdimatına görə, “Türk Dünyasına Xidmət” Mükafatı ilə təltif edilib.
“İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyəti daha sonra AK Parti İstanbul Gənclik Qolları başqanı Qiyasəddin Gərginlə görüşüblər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində gənclərin rolu və görülə biləcək birgə layihələr müzakirə olunub.
“İslahatçı Gənclər” İctimai Birliyinin İstanbula rəsmi səfəri davam edir.

 

 


Comments are closed.