İstanbulda kütləvi həbs

42

 

İstanbul polisi saxta dərman şatışı ilə məşğul olan şəxslərlə əlaqədar olaraq əməliyyat keçirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə əməliyyatlar zamanı 60 nəfər saxta dərman satışı ilə məşğul olan şəxs polis tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında 11 nəfərin xarici vətəndaş olduğu bildirilir. Onlardan bir nəfərin Azərbaycan vətəndaşı olduğu qeyd olunub. Əməliyatlar zamanı təkcə İstanbulun ərzasisində saxta dərman satışı ilə məşğul olan 54 nəfər saxlanılıb.

Saxlanılan daha 9 nəfərin isə Surioya vətəndaşı olduğu məlum olub. Saxlanılan şəxslərin əksəriyyətinin xərçəng xəstəliyini müalicə edən dərmanların içinə asiton qataraq alıclara təqdim etdikləri üzə çıxıb.