İsveçrədən daha 2 elektrik sürət qatarı alınacaq

“Azərbaycan Dəmir Yolları” QSC ilin sonuna qədər İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 elektrik sürət qatarı alacaq.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu qatarların Rusiya qatarlarından fərqi altında 40 səsboğucunun olmasıdır: “Rusiya qatarlarında bunların sayı daha azdır”