İtaliya Azərbaycan xalqına başsağlığı verdi

İtaliyanın Bakıdakı səfirliyi bu gün Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

XALQ.AZ xəbər verir ki, bu barədə səfirliyin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi yazıb.

“Səfirliyin bütün işçi heyəti İtaliya dövləti adından dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur”, – deyə yazıda qeyd olunub.

RƏSUL