İtaliyada kütləvi etiraz aksiyaları başlanmışdır

 

46

İtaliyanın paytaxtı Romada hökumətin maliyyə siyasətinə etiraz olaraq kütləvi etiraz aksiyaları başlanmışdır.
AzərTAc xəbər verir ki, aksiyada təqribən 25 min insan iştirak edir. Bəzi küçələrdə çadır düşərgəsi qurulmuşdur.
Bələdiyyə mümkün iğtişaşlara qarşı təhlükəsizlik tədbirləri həyata keçirmişdir. Paytaxtda 4 min polis səfərbər edilmiş və bir sıra müəssisələrdə iş dayandırılmışdır. Etiraz aksiyasına nəqliyyat işçiləri və yanğınsöndürənlər də qoşulmuşlar.
Polis mitinqlə əlaqədar 11 nəfəri saxlamışdır.Etiraz aksiyası Milanda da keçirilmişdir. Burada mitinqə 600-ə yaxın insan qoşulmuşdur.
Mitinq təşkilatçıları bildirmişlər ki, gələn həftə daha irimiqyaslı aksiyanın keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya paytaxtında 2 il əvvəl keçirilmiş analoji nümayiş polislə aksiya iştirakçıları arasında qanlı toqquşma ilə başa çatmışdır.