İTV-dən daha bir qrup jurnalist çıxarıldı

84

 

Bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb.

Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Pərvanə Süleymanova, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı işdən azad olunublar.

İşdən çıxarılanlar arasında “Carçıfilm” Yaradıcılıq Birliyində direktor müavini kimi çalışan Qərənfil Xəlilova da var.

Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirirlər.