İTV-nin Yayım Şurasının yeni üzvləri məlum oldu

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında məsələyə baxılıb.

XALQ.AZ xəbər verir ki, Yayım Şurasının boş qalan üç yerinə beş nəfərin namizədliyi irəli sürülüb.

Yəni idman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədlikləri irəli sürülüb.

Millət vəkilləri tərəfindən məsələyə baxılaraq, Yayım Şurasının üzvlüyünə Y.Babanlı, S.Musayev və Z.Qafarova seçilib.

 

Orxan


Comments are closed.