İzləyicisi Fatiməni özündən çıxardı – Video

Rəqqasə Fatimə Fətəliyevanı özündən çıxarıblar.

XALQ.AZ xəbər verir ki, İstanbulda olan sənətçi İnstaqramda canlı yayıma girib. Rəqqasənin ünvanına izləyiciləri tənqidlər yazıb.

“Xocalı soyqırımıdır, matəmdir, sən kef edirsən” cümləsi Fatiməni əsəbiləşdirib. O, izləyicisinə sərt cavab verib:

“Matəmi bilirəm, vətənimdə yaşadığım üçün hər şeyi gözəl bilirəm. Oradakılar guya nə edir? Sən indi orada oturub ağlayırsan? Allah bilir indi hansısa restoranda oturub nə edirsən… Nə edirəm, oturub kofe içirəm.

Gəlib burada rəqs edirəm, yoxsa konsert verirəm? Deyir oturub orada kef edirsən. Kofe içmək kef etmək deyil”.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.