Jalə Əhmədova tələbələrin problemini həll etdi

“Səfirliyə təhsil vizasının əldə edilməsi üçün təqdim edilməsi şərt olan ilkin qeydiyyatın təstiqi arayışı universitet tərəfindən göndərilmirdi”.

XALQ.AZ xəbər verir ki bunu Milli Məclisin deputatı Jalə Əhmədova İtaliyaya qəbul olmuş tələbələrə necə yardım etməsi və təbriki barədə rəsmi facebook səhifəsində məlumat verərkən qeyd edib.

Deputat bildirib ki, ona müraciətin daxil olduğu gün Ambasciata dell’Azerbaigian a Roma ilə əlaqə saxlayaraq mövcud vəziyyəti onlara izah edib və sentyabrın 16-dan etibarən adıçəkilən arayış azərbaycanlı tələbələrə göndərilməyə başlanılıb:

 “Əzizlərim!Dünyanın ən qədim universitetlərindən biri olan Roma Sapienza Universitetinə bu il qəbul olmuş azərbaycanlı tələbələrin sənədləşməsində bəzi çətinliklər yaranmışdır. Tələbələr tərəfindən universitetə edilən çoxsaylı müraciətlərə və İtaliya Respublikasının Bakıda ki səfirliyinin təhsil vizasına son müraciət tarixini 30 sentyabra təyin etməsinə baxmayaraq, səfirliyə təhsil vizasının əldə edilməsi üçün təqdim edilməsi şərt olan ilkin qeydiyyatın təstiqi arayışı universitet tərəfindən göndərilmirdi. Məsələ ilə bağlı bir qrup tələbə sentyabrın 15-i mənə müraciət ünvanlamışdır. Müraciətin daxil olduğu həmin gün Ambasciata dell’Azerbaigian a Roma ilə əlaqə saxlayaraq mövcud vəziyyəti onlara izah etdim və sentyabrın 16-dan etibarən adıçəkilən arayış azərbaycanlı tələbələrə göndərilməyə başladı”.

Jalə Əhmədova bu işdəona dəstək olan konsulumuza təşəkkür edib və  İtaliyaya qəbul olmuş tələbələrimizi təbrik edib:

“Məndə olan son məlumata əsasən bu günə qədər artıq bütün ixtisaslar üzrə qəbul olmuş soydaşlarımız arayış ilə təmin edilmişlər. Məsələnin çevik həllində əməkdaşlığına və göstərdiyi yüksək səviyyəli dəstəyə görə Konsulumuz Sərxan Ağakişiyevə öz dərin təşəkkürümü bildirir, təhsillərini İtaliyada davam edəcək bütün tələbələrimizə müvəffəqiyyətlər arzu edirəm!