Jalə Əliyeva Meksikanın məşhur incəsənət xadiminə təşəkkür etdi

Milli Məclisin Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Meksika Birləşmiş Ştatlarının məşhur sənətçisi xanım Sonia Amelioya

Azərbaycanın haqq işinin yanında olduğu üçün öz adından və Azərbaycan Parlamentində rəhbərlik etdiyi dostluq qrupunun üzvləri adından məktub ünvanlayıb, ölkəmiz üçün çətin, eyni zamanda şərəfli olan bu günlərdə Azərbaycanın haqq işini dəstəkləyən video-çarxla dünyaya səsləndiyi üçün təşəkkürlərini bildirib. Jalə Əliyeva, bundan əvvəl iki dəfə Azərbaycanda qastrol səfərində olan meksikalı sənətçiyə ünvanladığı məktubunu bu ifadələrlə bitirib:” İnanırıq ki, Sizin növbəti səfəriniz işğaldan azad etdiyimiz bölgələrimizdə olacaq və Siz növbəti konsertinizi Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşada verəcəksiniz!”