media-01
imali Kipr Türk Respublikasına səfərimiz çərçivəsində Azərbaycan Milli Məclisinin üzvləri olaraq Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-ŞKTR Parlamentlərarası İşçi qrupunun üzvü Jalə Əliyeva, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Hədəf” Şirkətlər qrupunun baş direktoru Şəmil Sadiq 1 fevral tarixində Azərbaycan-ŞKTR Dostluq Cəmiyyərinin yerləşdiyi Heydər Əliyev Mərkəzinə gəldik.
Mərkəzdə Ulu Öndər Heydər Əliyevin zəngin irsi, onun həyatı və fəaliyyəti ilə bağlı çox sayda kitab, Azərbaycanı tanıdan əsərlər nümayiş etdilir, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti tanıdılır, mütəmadi olaraq ölkəmizlə bağlı tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri əslən Azərbaycandan olan Orxan Həsənoğludur.
Burada nümayəndə heyətimizin ŞKTR Prezidenti Ersin Tatarla görüşü keçirildi. Görüşdə hər iki ölkənin qarşılıqlı inkişaf edən münasibətləri, Prezidentlər cənab İlham Əliyevin və cənab Recep Tayip Erdoğanın Türk Birliyinin möhkəmləndirilməsini hədəfləyən təşəbbüsləri, Türk Dövlətləri Birliyinin gələcək inkişaf perspektivləri, Azərbaycanın Zəfər salnaməsi, Kipr türklərinin hüquqları və s. məsələlərə toxunuldu.
Türk dünyasının bu günü və gələcəyi naminə cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi əvəzsiz fəaliyyət və göstərdiyi xidmətlər xüsusi olaraq qeyd edildi, onun ŞKTR ilə münasibətlərin inkişaf etdirilməsində göstərdiyi əzmkarlıq minnətdarlıqla vurğulandı. Bu əzmin nəticəsi kimi, ötən il Azərbaycan Parlamenti ilə Şimali Kipr Türk Respublikası Parlamenti arasında Parlamentlərarası işçi qrupunun yaradılması çox əhəmiyyətli bir addım olaraq dəyərləndirildi.
Eyni zamanda Azərbaycanın böyük Zəfəri, Qarabağda gedən nəhəng quruculuq işləri, Azərbaycanın müstəqillik və suverenlik uğrunda apardığı mübarizə, bütün uğurlarımızın arxasında dayanan Prezident İlham Əliyevin Dəmir Yumruq, Dəmir İradə siyasəti, qətiyyətli mövqeyi haqqında geniş bəhs edildi.
Sonda mərhum şairəmiz Nurəngiz Günün Kipr Türklərinə ithafən Kipr Barış Hərəkatı haqqında qələmə aldığı “Quzey Kıbrıs rüzgarları” poeması təqdim edildi və xatirə şəkilləri çəkildi.
media-01 media-02 media-04 media-05 media-06 media-07 media-08 media-09

media-ads-728x90

Bənzər xəbərlər