Jalə Əhmədova növbəti vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Jalə Əhmədova 59 saylı Salyan seçki dairəsində növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

XALQ.AZ-a millət vəkilinin Deputat Qərargahından bildirilib ki, qəbul zamanı seçicilər əsasən işsizlik, tibbi yardım, telekommunikasiya xidmətləri, qaz, yol, ən əsası isə sosial problemləri dilə gətirilbər:

Belə ki, qəbulumda olan əlil şəxslər bildirdilər ki, illərdir əlilliyə görə dövlət tərəfindən ödənilən pensiyaları nədənsə dayandırılıb və pensiyalarının bərpa edilməsi məsələsinin həllində onlara köməklik göstərməyimi xahiş etdilər. O cümlədən örüş otlaq sahələrinin təyinatı üzrə istifadə edilməməsindən şikayət etdilər. Qəbula gələn 58 nəfər seçicini dinlədim və problemlərinin qanunvericiliyə uyğun həll edilməsi üçün onların müraciətlərini aidiyyatı qurumlara yönləndirəcəyimi diqqətə çatdırdım”.

Deputat qeyd edib ki, hər bir vətəndaşı narahat edən məsələyə həssaslıqla yanaşmaq, onların problemini özümünkü hesab etmək millət vəkili olaraq iş prinsipidir: