JARA-2019 iştirakçıları üçüncü günü qırmızı xalıda

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü – iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

XALQ.AZ AZƏRTAC-a istinadən  xəbər verir ki,  xalq artisti Emin Ağalarov ötən əsrin 90-cı illərinin bu gün ifa ediləcək hitlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib.

Qeyd edək ki, festivalın üçüncü günü Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov, Anna Sedokova, İrina Dubtsova, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber, Slava, “MBAND”, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens”, “Rondo”, “Hi-Fi” qrupları və başqaları qırmızı xalı üzərindən keçiblər.

Xalıdan keçən məşhur ifaçılar “Jara-2019”la bağlı təəssüratlarını bölüşüb, festivalda ifaların əsl bayram əhval-ruhiyyəsi yaratdığını qeyd ediblər. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından söz açıblar.

Qeyd edək ki, hər dəfə rəngarəng ifalarla tamaşaçıları heyrətləndirən festivala ildən-ilə maraq artmaqdadır. Festival iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini söyləyirlər.

 

Orxan