Jurnalist Əmrah Fəqanoğlu koronavirusdan vəfat etdi

İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu bu gün səhər saatlarında vəfat edib.

Bu barədə XALQ.AZ-a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.

Ə.Fəqanoğlu “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmiş, süni tənəffüs aparatına qoşulmuşdu. 


Allah rəhmət eləsin…