Jurnalist baş nazirdən bayram xərcliyi istədi

54

 

Jurnalistlərin suallarına cavab verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qəribə bir sürprizlə qarşılaşıb.

Xalq.az yerli mətbuata istinadən xəbər verir ki, bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarına cavab verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qəribə bir sürprizlə qarşılaşıb. Baş nazir eyvanlardan onu salamlayan sakinlərə əl yelləyərkən jurnalistlərdən biri Ərdoğana yaxınlaşaraq bayramlaşmaq istədiyini deyib.

Atamdan əvvəl sizinlə bayramlaşıram deyən xanım jurnalistə baş nazir 200 lirə (80 manat) verib.