Jurnalist namizədlərin əsas rəqibləri kimlərdir? – Siyahı

9 fevral tarixində baş tutacaq növbədənkənar parlament seçkilərində kifayət qədər həmkarımızın namizədliyi qeydə alınıb. Sabahkı təbliğat-təşviqat kampaniyasına hazırlaşan jurnalist-namizədlərin Milli Məclisə gedən yolda indi yeganə problem onlarla eyni dairədən olan rəqibləridir.

XALQ.AZ Axar.az-a istinadən deputatlığa namizəd olan jurnalistlərin öz dairələrindən olan əsas rəqiblərinin siyahısını təqdim edir:.

23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə namizəd Taleh Şahsuvarlının əsas rəqibi Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə hesab olunur.

28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə məsələ daha qəlizdir. Belə ki, burada iki jurnalist – Aygün Muradxanlı Valeh Mirzəyev bir-birinə və əsas rəqib Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevə qarşı mübarizə aparırlar.

33 saylı Xətai birinci seçki dairəsi üzrə namizəd – uzun illər Rusiyada yaşayıb fəaliyyət göstərən və ötən il haqsız yerə oradan deport edilən “Misra” İnformasiya Mübadiləsi və Təşəbbüs İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Abbasovun əsas rəqibi Milli Məclisin deputatı və Milli Məclisin Aqrar siyasət və mədəniyyət komitəsinin üzvü Hüseynbala Mirələmovdur.

35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizəd “Yeni Müsavat” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlunun (Abbasov Rauf Arif oğlu) əsas rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadədir.

45 saylı Abşeron seçki dairəsi üzrə namizəd jurnalist Ceyhun Musanın əsas rəqibi Milli Məclisin sədri Oqtay Əsədovdur. Bu dairədən Zahir Əzəmətin də namizədliyi qeydə alınacağı halda məsələ bir az da mürəkkəbləşəcək.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Nəsimi Paşayevin əsas rəqibi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidir.

55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə namizəd jurnalist Azər Həsrətin əsas rəqibi Milli Məclisin Aqrar siyasət və gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimovdur.

63 saylı Sabirabad birinci seçki dairəsi üzrə namizəd Razi Abasovun əsas rəqibi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının katibi, YAP-ın namizədi Kamal Cəfərovdur.

92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə namizəd Jalə Mütəllimin əsas rəqibi Milli Məclisin deputatı Jalə Əliyeva.

102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə namizəd olan “Həftə içi” qəzetinin müxbiri Tural Turanın əsas rəqibi Milli Məclis Aparatının İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdiri Nizami Səfərovdur.