Jurnalist ölümlə hədələnir

Əfqanıstanda jurnalist, qadın hüquqlarının müdafiəçisi aktivist Zalma Kharoti, aldığı ölüm təhdidləri səbəbindən peşə fəaliyyətini dayandırıb.
Əfqanıstanın tanınmış telejurnalisti və qadın hüquqlarının müdafiəçisi olan Kharoti açıqlamasında bildirib ki, paytaxt Kabildə ötən ay uğradığı silahlı hücumda ölən Minə Mengel cinayəti, Əfqanıstandakı qadın jurnalistləri dərindən sarsıdıb:
“Mən də davamlı olaraq təhdid mesajları alıram. Bu səbəbdən də fəaliyyətimi dayandırmaq məcburiyyətindəyəm. İlk əvvəl təhdidlər artmağa başlayanda, qısa müddət üçün xaricə getdim. Amma qayıtdıqdan bu yanadır, həmin ölüm təhdidləri davam edir”.
Kharoti qeyd edib ki, bir dəfə yox, dəfələrlə ölüm təhdidi alıb, silahlılar tərəfindən izlənilib:
“Artıq evdən çölə çıxa bilmirəm. Əfqanıstanda yaşamaq təhlükəsizliyim yoxdur”.
Təhdid səbəblərindən danışan journalist deyib ki, bu əfqan qadınlarının hüquqlarını müdafiə etdiyi üçündür:
“Əfqanıstanda qadınların kölə halında yaşamasını istəyən insanlar hələ də çoxdurlar. Son zamanlar xüsusən qadın aktivistlərə, jurnalistlərə təzyiq və zorakılıq daha çox artıb. Bu da əfqan qadınlarını qayğılandırır”.
Uşaq yaşlarından jurnalistikaya marağının oyandığını dilə gətirən Kharoti, bu peşəni çox sevdiyi üçün hələ litsey tələbəsi olarkən ailəsindən xəbərsiz bəzi media orqanlarında gizli işlədiyini vurğulayıb:
“Jurnalist kimi işlədiyimi eşidən ailəm, bunun qarşısını almağa çalışdı. Dəfələrlə ailəm tərəfindən təzyiqə məruz qalmağıma rəğmən, işimə davam etdim. Əfqan qadınlarının problemlərinin həlli yollarını axtarmaq, bu problemləri dünyaya göstərmək üçün jurnalistika ən yaxşı yol idi. Bu səbəbdən də jurnalistika peşəsini seçdim. Bu gün Əfqanıstanda jurnalistlər və qadın hüquqları ilə məşğul olan insanlar təhlükə altındadırlar. Təhdidlərə görə, hurnalistlərin, xüsusən də qadın mətbuat işçilərinin sayı azalır”.
Qeyd edək ki, Əfqanıstanın Qadın Qəzetçiləri Dəstəkləmə Qurumunun hazırladığı 2018-ci il hesabatına görə, ölüm təhdidi və ailə təzyiqləri səbəbilə peşəsindən imtina edən qadın jurnalistlərin sayı artır. Qadın jurnalistlərin ən çox fəaliyyət göstərdiyi bölgələrin başında paytaxt Kabillə yanaşı, Mezar-ı Şərif və Herat gəlir. Amma Nuristan, Kunar, Paktika, Zabul ve Uruzqan vilayətlərinin heç birində qadın jurnalist yoxdur. Hesabata görə, Əfqanıstanda jurnalistika və televiziyada ümumi olaraq 1696 qadın var. Son 7 ildə Əfqanıstanda qadın polis, siyasətçi, müəllim, tələbə və jurnalistlərə çoxlu sayda silahlı hücum və sui-qəsdlər baş verib. Bu hücumların əksər səbəbi də qadınların ictimai fəaliyyətdə olmasını əngəlləməkdir. Bir çox zorakılıq da elə qadınların öz yaxınları tərəfindən törədilib.
XALQ.AZ

Yeganə