“Jurnalisti təhqir etmək olmaz”

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə münasibət bildirib.

XALQ,AZ xəbər verir ki, G.Baxşəliyeva açıqlamasında deyib ki, heç bir insanı, o cümlədən də jurnalistləri aşağılamaq olmaz:

“Hər bir insana hörmətlə yanaşmaq lazımdır. Jurnalistlər də insandır, Azərbaycan vətəndaşıdır. Konkret olaraq da hər hansı jurnalistin hərəkətindən narazılıq varsa da, buna da etik normalar çərçivəsində münasibət bildirlməlidir. Daha bütövlükdə jurnalistləri təhqir etmək olmaz. Azərbaycanda kifayət qədər savadlı jurnalist  var. Elə jurnalistlərimiz də var ki, onların təcrübəsi hələ azdır. Bəzi jurnalistlərimiz isə jurnalist təhsili almadıqları üçün müəyyən qədər qeyri-peşəkar olurlar. Ancaq buna görə jurnalistləri aşağılamaq olmaz”.

Akademik qeyd edib ki, Azərbaycan dövləti bütün sahələr kimi, jurnalistika sahəsinin də inkişaf etməsində maraqlıdır:

“Bu gün Azərbaycanın nümunəvi peşəkar jurnalistləri var. Onlar çox yüksək səviyyəyə malikdir. Arzu edirəm ki, gənc jurnalistlərimiz də onlardan nə isə öyrənsinlər, nümunə götürsünlər və sairə. Jurnalistikamızın inkişafı cəmiyyətimizin inkişafı üçün vacibdir”.

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.