Jurnalistin adası (FOTO)

A-1

İngilis Brendon Qrimşou Seyşel adalarına məxsus kiçik bir adanı 13 min dollara aldıqdan sonra yaşamaq üçün ora göçüb.

Xalq.az-ın məlumatına görə, Brendon Qrimşou 40 yaşı olanda çalışdığı bir qəzetin baş redaktorluğunu buraxaraq yeni həyata qədəm qoymaq fikrinə düşüb.

Özünü müasir Robinzon hesab edən ingilis adada tək qalmamaq üçün kinoda olduğu kimi yerli qəbilədən olan bir insanla bir yerdə qalmağa başlayır və onun adını Rene Laforten qoyur. Onlar birlikdə ev tikməyə başlayırlar. Düzdür, Rene tez-tez öz qəbiləsinin yanına getsə də Brendon Qrimşou bu adadan addımı belə kənara atmır.

39 il ərzində bu iki dost adada 16 min ağac əkir, 5 kilometr məsafə üçün çığır açırlar. 2007-cü ildə Renenin ölməsi ingilisə pis təsir edir və ancaq bu ölüm yenə də onu öz arzusundan geri çəkmir.

Brendon Qrimşounun hazırda 81 yaşı var. Adada ondan savayı 2 mindən çox quş və yüzlərlə tısbağa da yaşayır.

Qeyd edək ki, bir neçə il öncə Səudiyyə Ərəbistanının şahzadəsi bu adanı 50 milyon dollara almaq istəyib və ingilis jurnalisti bu təklifi qəbul etməyib.

“İstəmirəm ki, bu ada varlı insanların dincəlmək üçün əyləncə yerləri olsun. Əksinə bu ada milli park kimi tarixdə qalsa daha yaxşı olar”, – deyə Brendon Qrimşou bildirib.

A-2

A-3

A-4

A-5

A-6

A-7

A-8

A-9