Jurnalistlər arasında güllə atıcılığı turniri

Tapanca

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) KİV nümayəndələri arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turnirinə start verir.

Xalq.az bildirir ki, SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir mayın 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri SHXÇDX-in diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək SHXÇDX-nın Aparatına, yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərmək xahiş olunur.
Məlumata komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü və vəzifəsi daxil edilməlidir.