Jurnalistlər Qarabağa getmək üçün Xarici İşlər Nazirliyindən icazə istəyiblər

07

 

“The New York Times” nəşrinin Moskva bürosunun jurnalistləri Dağlıq Qarabağa getməyə icazə almaq üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət ediblər.
Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev sentyabrın 18-də keçirilmiş mətbuat konfransında məlumat verib.
E.Abdullayev deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə getmək istəyən şəxslərdən bu cür müraciətlər daxil olmağa başlayıb.
”O cümlədən “The New York Times” nəşrinin Moskva bürosunun jurnalistləri Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılması üçün Azərbaycanın işğal edilmiş ərazilərinə getməyə onlara icazə verilməsi xahişi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etmişlər”.