Jurnalistlər üçün “Hüquqlar – hamı üçün!”

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili – ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir. Müsabiqə üçün yazılar, müəlliflər haqqında qısa məlumat və bir fotoşəkil (4×5 ölçüdə) dekabrın 2-də saat 18:00-dək bu quruma (Ü.Hacıbəyli küçəsi, Hökumət evi, II qapı) təqdim edilməlidir.
Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqəyə ünvanlanmış yazılar respublikamızda yayımlanan qəzetlərdə dərc olunmalıdır.


Comments are closed.