Jurnalistlər üçün turnir keçiriləcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş V atıcılıq turniri təşkil edəcək. Dövlət Xidmətindən bildiriblər ki, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir mayın 5-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda hər biri 3 nəfərdən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu ilə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyən komandaların tərkibi haqqında məlumatlar aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərilməlidir. Məlumatda komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi qeyd edilməlidir.