Jurnalistlər yenə də İlham Əliyevi dəstəkləyəcəklər

“2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Prezidentin bu gün imzaladığı sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir. Hesab edirəm, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O, bildirib ki, mesajın müəllifi olan İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əmindir: “Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər”.