Jurnalistlərin binası nə vaxt hazır olacaq? – Açıqlama

“Jurnalistlər üçün tikilən binanın artıq sonuncu mərtəbəsində tamamlanma işləri aparılır. Mənzillərin 2020-ci ilin yayında jurnalistlərin istifadəsinə verilməsi planlaşdırılır”.
XALQ.AZ xəbər verir ki, bu sözləri “Trend”ə müsahibəsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlideyib.
Fond sədri mənzillərin verilməsi ilə bağlı meyarlarn dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Meyarlar haqqında indidən heç nə demək olmaz. Həmin meyarlar yəqin ki, mənzillərin verilməsinə 4-5 ay qalmış müzakirə olunacaq və açıqlanacaq. Lakin hansısa yeni meyarların əlavə olunacağını düşünmürəm”.
Orxan