Jurnalistlərin diqqətinə sənəd qəbulu başlanır

menzil
İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub.
Sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir.
Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.
Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir: “İqtisadi çətinliklərə baxmayaraq, bu məsələ gündəmdən düşmədi”.
Onun sözlərinə görə, sənəd qəbulu komissiyasının 9 üzvü var: “Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir”.